Minifutbolçularımız Qazaxıstanla yarımfinal görüşünə çıxacaq



Bu gün BƏƏ-də keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal oyunları baş tutacaq.
AzBaku.az xəbər verir ki, mundialda keçirdiyi bütün matçlarda qalib gələn Azərbaycan yığması da finala vəsiqə üçün mübarizə aparacaq.
Elşad Quliyevin yetirmələri Qazaxıstanla qarşılaşacaq. Komandamız tarixində ilk dəfə final həyəcanı yaşamaq üçün qələbə seriyasını 6-ya çatdırmalıdır.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı saat 20:30-da başlayacaq.
DÇ-2024
Yarımfinal
3 noyabr
20:30. Azərbaycan - Qazaxıstan