Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verilib


Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
AzBaku.org xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

Polkovnik Fərid Əlibaba oğlu Əliyevə
Polkovnik Namiq Süleyman oğlu Bayramova
Polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.