Zəfər Günü ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidə məlumatlandırma aksiyası keçirilir.
AzBaku.org xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə səhər saatlarından aksiya etibarən üzərində "Xarıbülbül"ün, Şuşanın, Xənkəndinin fotoları, eləcə də, 8 Noyabr, Zəfər Günü, Şuşada atəşfəşanlığı əks etdirən görüntülərin əks olunduğu LED ekranlı yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektlərindən hərəkət edir.
Aksiyanın bu gün saat 24:00-a qədər davam edəcəyi bildirilib.