Ağdaşda dəmir yolundan oğurluq olub



Ağdaşda rels altlıqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

AzBaku.org xəbər verir ki, bu barədə APA-ya DİN-dən bildirilib.

Qeyd edilib ki, Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.
Araşdırma aparılır.