Dünyada koronavirusa yoluxanların sayında azalma müşahidə edilib


Son bir ayda dünyada koronavirusa yoluxanların sayı 13 faiz azalıb.

Azbaku.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

ÜST-ün məlumatına görə, oktyabrın 23-dən noyabrın 19-dək 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb. Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.
Bir ay ərzində ən çox - 121 482 yoluxma halı Rusiyada aşkar olunub. Daha sonra İtaliya (104 165), Sinqapur (65 021), Avstraliya (34 635) və Polşa (21 876) yer alıblar. İtaliyada ən çox – 597 ölüm halı qeydə alınıb. Ondan sonra İsveç (372), Rusiya (250), İran (158) və Çexiya (112) qərarlaşıb.