Ukrayna yalnız bu şərtlə NATO-ya üzv qəbul olunacaq



Ukrayna lazımi islahatları həyata keçirə bilməsi şərti ilə Rusiya ilə müharibə başa çatdıqdan sonra NATO-ya üzv olacaq.

AzBaku.org xəbər verir ki, bunu Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa qəbul ilunmasına razılaşır.
“NATO-Ukrayna görüşü zamanı islahatlarla bağlı tövsiyələr razılaşdırılacaq ki, bu da onun təşkilata tamhüquqlu üzv olmasına kömək edəcək”.
Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Ukrayna ilə NATO arasında daim yaxınlaşma olsa da, müharibə şəraitində tamhüquqlu üzvlük mümkün deyil.
O, həmçinin əlavə edib ki, bu ay Almaniya və Hollandiya Ukraynaya 10 milyard avro yardım vəd edib, Rumıniya Ukraynaya F-16 pilotları üçün təlim mərkəzi açıb, ABŞ və Finlandiya da daxil olmaqla digər ölkələr Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərir.