Kürdəmirdə 40 yaşlı kişi intihar edib


Kürdəmirdə intihar hadisəsi baş verib.

Azbaku.org-nin APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Əzimli kəndində qeydə alınıb. Kənd sakini, 40 yaşlı Ariz Səlimov özünü yaşadığı evin həyətində asaraq intihar edib. Üç uşaq atası olan A. Səlimovun intiharının səbəbi hələlik məlum deyil. Fakt araşdırılır.