Səbaildə növbəti həyət abadlaşdırılıb.
Azbaku.org xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Adil İsgəndərov küçəsi 1 ünvanında 800 nəfər sakinin yaşadığı 5 çoxmənzilli yaşayış binasını əhatə edən həyət aparılan yenidənqurma işlərində sonra sakinlərin istifadəsinə verilib. Abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançası və müxtəlif idman qurğuları, eyni zamanda çoxsaylı oturacaqlar və tullantılar üçün qutular quraşdırılmış, müxtəlif növ gül kolları əkilmiş və mövcud yaşıllıqlar bərpa olunub.
Sakinlər görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.