Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.
Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.