İsrail qüvvələri Qəzzanın bəzi yerlərində 4 saatlıq atəşkəs elan edib


Qəzza zolağında mülki şəxslərə qida və su kimi ehtiyatı toplamağa imkan vermək üçün İsrail qüvvələri humanitar məqsədli taktiki fasilələr verib.

Azbaku.org xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin bölməsi olan COGAT-ın "X" hesabında məlumat verilib.

Bildirilib ki, 10:00 - 14:00 arasında A-Şeyx Məhəmməd Əl -Yamani və Deir al-Balah adlanan ərazilərdə müvəqqəti atəşkəs elan olunub.