Qəzza zolağında yaşayış məntəqələri atəşə tutulub, azı 50 nəfər ölüb
İsrail ordusunun Qəzza zolağında yaşayış məntəqələrini atəşə tutulması nəticəsində azı 50 nəfər ölüb.
Azbaku.org xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimal və cənubu ilə yanaşı, mərkəzi hissəsində bir neçə şəhəri atəşə tutması nəticəsində xeyli sayda yaralı da var.
Nazirliyin sözlərinə görə, ölən və yaralananların sayının artacağı gözlənilir, çünki dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.
Səhiyyə Nazirliyinin son məlumatlarına əsasən, Qəzza zolağında HAMAS-la İsrail ordusu arasında hərbi gərginlik artan gündən (7 oktyabr) indiyə qədər anklava endirilən zərbələr nəticəsində ölən fələstinlilərin sayı 21 mini ötüb, 55 mindən çox insan yaralanıb.