Fransada son altı ildə rekord sayda şirkət müflis olub


2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə cümə günü Fransa Bankının saytında dərc edilən hesabatda deyilir.

“2023-cü ildə müflisolmaların  sayı dekabrın sonuna kimi 55492-yə yüksəlib”, - deyə hesabatda qeyd olunub.
Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır.
Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.