Şəkidə 6 yaşlı uşaq qızılcadan ölüb


Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.

Azbaku.org-nin APA-ya istinadən məlumatına görə, yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyşib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.