Xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq öldü - Lerikdə FACİƏ

Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.

AzBaku.info apa-ya istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.
Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.