Ukraynada müharibə nəticəsində 520 uşaq ölüb


Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 520 uşaq ölüb.

Azbaku.org xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında bildirilib.

"8 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər 520 uşaq həlak olub, 1186 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.
Baş Prokurorluq bildirib ki, bu, yekun rəqəm deyil, aktiv hərbi əməliyyatlar aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə məlumat toplanması davam edir.