Naxçıvanda 2024-cü ilin ilk üçəmləri dünyaya gəlib.
Azbaku.org xəbər verir ki, üçəmlər Naxçıvan Perinatal Mərkəzində doğulub.
Naxçıvan şəhər sakini Məryəm Kərimli iki qız, bir oğlan uşağı dünyaya gətirib. Bu, ananın ilk doğuşudur. Mərkəzdən bildirilib ki, uşaqlar hazırda nəzarətdə saxlanılır.