Makron Ukraynaya səfər edəcək
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edəcək.
Azbaku.org "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Fransa dövlət başçısı yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib.
Emmanuel Makron Kiyev ilə bir neçə həftə ərzində imzalanacaq ikitərəfli təhlükəsizlik zəmanəti sazişi üzərində işlədiyini açıqlayıb.
O, həmçinin, Ukraynaya təxminən 40 ədəd "Scalp" raketi, bir neçə yüz bomba və "Caesar" topunun çatdırılacağını elan edib.
"Fevralda isə özüm Ukraynaya gedəcəyəm. Mən bu mətnlərin (təhlükəsizlik zəmanəti sazişi-red.) yekunlaşdığını elan edəcəyəm", - Makron bildirib.