Svetoforun qırmızı işığını yaşıl görən avtobus sürücüsü var – Bakıda - VİDEO

Nə qədər avtobus qəzası baş versə də, bəzi sürücülərə dərs olmur
Paytaxtda içi dolu sərnişin olan avtobusun sürücüsü svetoforun qrımızı işığında hərəkət edən zaman Avtosfer.az-ın kamerasına düşüb. Dekabrın 13-də paytaxtın Gəncə prospektində 44 nömrəli xətt üzrə fəaliyyət göstərən “Daewoo” markalı, 90-UN-520 qeydiyyat nişanlı avtobusun sürücüsü svetoforun qırmızı işığının yanmasına baxmayaraq hərəkətini davam etdirərək piyada keçidindəki piyadaların hərəkətinə mane olub.

Bu qədər faciəvi avtobus qəzalarının olmasına baxmayaraq yenədə sürücülər bundan bir nəticə çıxartmırlar. Ona görə də, avtobus qəzalarının sayı artmaqda davam edir.