Batan gəminin son görüntülərini çəkən Hüseynin meyiti tapıldı
Türkiyənin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batmış “Batuhan A” adlı yük gəmisinin qalıqları içərisində daha bir nəfərin meyiti tapılıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 6-cı gündə aparılan axtarışlarda tapılan ikinci meyitin gəmi batmazdan əvvəl çəkdiyi videonu həyat yoldaşına göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib.
İtkin düşən digər 4 nəfərin axtarışlarının davam etdiyi bildirilir.