Kəngərli rayonunda ağacəkmə aksiyası keçirilib


Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə rayonun Xok kəndi ərazisində 5 hektarlıq badam bağında bərpa məqsədi ilə 613 badam tingi əkilib. Əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib.