Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub


Azərbaycanın qadın şahmatçısı Gülnar Məmmədova beynəlxalq yarışın qalibi olub.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı qrosmeyster “Swiss Queens Wednesday” onlayn turnirində birinci yeri tutub.
O, 8,5 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, onlayn turnirin mükafat fondu 1000 ABŞ dollarıdır.