Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb


Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Tayland Krallığının Pattaya şəhərində keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, idmançı SU5 kateqoriyasında qrup mərhələsini ikinci pillədə tamamlayıb.
O, taypeyli rəqibinə 0:2 hesabı ilə uduzduqdan sonra Yeni Zelandiya təmsilçisini üstələyib - 2:1. Yığma üzvü sonuncu raundda kubalı idmançını 2:0 hesabı ilə məğlub edib.
İbrahim Əliyev növbəti mərhələdə yaponiyalı parabadmintonçu ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirə fevralın 25-də yekun vurulacaq.