Ukraynaya 200 ədəd “Brimstone” raketi veriləcək


Britaniya Ukraynaya 200 ədəd “Brimstone” raketi verəcək.
 
Bu barədə Britaniyanın müdafiə naziri Qrant Şepps bildirib.
“Bu gün Ukraynaya 200 ədəd tank əleyhinə “Brimstone” raketindən ibarət yeni yardım paketi ayrıldığını elan edə bilərəm”, - o qeyd edib.
 
Şepps vurğulayıb ki, bu raketlər döyüş meydanındakı vəziyyətə təsir etmək qabiliyyətini artıq göstərib.