Mario Draqi Avropa ölkələrini böyük sərmayə yatırmağa çağırıb
Qlobal iqtisadiyyatın nizamının dəyişdiyi bir vaxtda Avropa böyük investisiyalar yatırmalıdır.
Bunu İtaliyanın sabiq baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi deyib.
O bildirib ki, Avropa İttifaqı dünya nizamında böyük dəyişikliklərə çatmaq üçün böyük investisiyaları maliyyələşdirməyin yollarını tez tapmalıdır.
“Son bir neçə ildə qlobal iqtisadi nizamda bir çox əsaslı dəyişikliklər baş verib. Bu dəyişikliklərin müxtəlif nəticələri var. Onlardan biri də odur ki, biz nisbətən qısa müddət ərzində Avropaya çox böyük sərmayə yatırmalı olacağıq. Aİ ölkələrinin maliyyə nazirləri bu investisiya ehtiyaclarını necə maliyyələşdirməyin yollarını tapmalıdırlar”, - deyə M.Draqi əlavə edib.