Ukrayna ABŞ Konqresi ilə əməkdaşlığını yeni mərhələyə qaldırmaq istəyir


Yaxın gələcəkdə ABŞ Konqresi ilə Ukrayna parlamenti arasında əməkdaşlığın yeni mərhələsi başlayacaq.
AZƏRTAC-ın "Ukrayna. İl 2024" forumunda iştirak edən xüsusi müxbirinin verdiyi məlumata görə, bu fikri forumda çıxışı zamanı Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk söyləyib.
"Biz ABŞ Konqresi ilə münasibətlərimizi sıfırlamırıq. Yaxın gələcəkdə, ABŞ Konqresində Ukrayna məsələlərini necə təbliğ etmək səviyyəsində əməkdaşlığın yeni nümunəsini görəcəksiniz”, - deyə Ruslan Stefançuk əlavə edib.