Premyer Liqa: “Qarabağ”ın futbolçusu 100-cü oyununu keçirib
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbərik verir ki,24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqasının XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.
Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019-2020 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.