Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası öz hədəflərini müəyyən edib


Xəbər verildiyi kimi, fevralın 24-də Belçikanın paytaxtında Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının (SEAPA) təsis konfransı keçirilib.
SEAPA-nın baş katibi Sahil Qasımov AZƏRTAC-ın müxbirinə müsahibəsində yeni təşkilatın məqsədlərini açıqlayıb. Şura rəhbəri onların arasında Atlantik regionunun hər iki tərəfində yerləşən dövlətlərin diaspor təşkilatlarının lobbiçilik fəaliyyətinin əlaqələndirilməsini xüsusi qeyd edib. O, siyasətçilər, ictimai xadimlər və qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətə xüsusi önəm veriləcəyini deyib.
Sahil Qasımov regionda mövcud olan reallıqların Aİ ölkələri və Şimali Amerika ictimaiyyətinə çatdırılması üçün bu qitələrin ölkələrindəki media orqanları ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.