“Caspian Energy Club Kyrgyzstan” ilk B2G forum təşkil edib
Qırğızıstan-Azərbaycan iqtisadi əlaqələrin genişləndirmək məqsədi ilə “Caspian Energy Club Kyrgyzstan” Qırğızıstanın paytaxtı Bişkekdə ilk tədbirini təşkil edib.
Bu barədə “Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
B2G forumda dövlət rəsmiləri ilə yanaşı, iş adamları, istehsalat, xidmət və logistika sahəsinə dair mütəxəssislər iştirak edib. “Caspian Energy Club Kyrgyzstan”ın sədri Rövşən Mehdiyev tədbirdə iştirak edən Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyevi, Qırğızıstanın Dövlət Gömrük Xidmətinin sədri, gömrük xidmətinin general-mayoru Samat İsabekovu, Qırğızıstanın nəqliyyat və kommunikasiya naziri Telek Takebayevi “Caspian Energy Club Kyrgyzstan”ın fəxri üzvlük sertifikatı ilə təltif edib.