Berlində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş başlayıb


Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Berlində ikitərəfli görüş başlayıb.

Bu barədə Xarici İşlər Nazirliyi özünün sosial şəbəkə hesablarında məlumat yayıb.