Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 200-dək şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” – Ambulator Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur. Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 200-dək şəxsə xidmətlər göstərilib.
Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqəsi qurulacaq.