Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi “99-CC-602” dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.