Tələbələr bu halda kolleclərə bərpa oluna bilərlər - Qaydalar

Tələbələrin orta ixtisas təhsili müəssisəsinə bərpa olunma qaydası açıqlanıb.
 
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydasında əksini tapıb.
 
Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 10 il müddətində yalnız əvvəl təhsil aldığı orta ixtisas təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər.
 
Təhsil müəssisəsi (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda sabiq tələbə təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi orta ixtisas təhsili müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna bilər.
 
Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçirilir. Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş və müəyyən səbəblərdən sonradan xaric edilmiş şəxslərin birinci tədris ilində digər ixtisasa (qəbul olunduğu ixtisasdan fərqli ixtisasa) bərpasına yol verilmir.
 
Orta ixtisas təhsili müəssisəsinə bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
 
Təhsil müəssisəsinə bərpa barədə vətəndaşların müraciətlərinə bu Qaydaların 2.5-2.7-ci və 2.9-cu bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır. Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki orta ixtisas təhsili müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü və 4.5-ci bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Digər səbəblərdən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric olunmuş şəxslərin mülki orta ixtisas təhsili müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.6-cı bəndlərinin tələbləri gözlənilməklə aparılır.
 
Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.3-4.6-cı bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirilir. Bu zaman xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinə bərpa olunurlar.
 
Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər orta ixtisas təhsili müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.