Bu rayon və şəhərlərdə pensiyalar tam ÖDƏNİLDİ


Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.