Sədr: Bu il 100 yeni elektrik avtobusu istifadəyə veriləcək
2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,3 dəfə, 2500 sm³-dən çox olmayan hibrid mühərrikli avtomobillərin idxalı isə 24,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
Onun sözlərinə görə, yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4,6 faiz idisə, 2023-cü ildə bu rəqəm 5,4 faizə yüksəlib.
“Bu il 100 yeni elektrik avtobusu istifadəyə veriləcək. Bundan başqa, piyada zolaqların genişləndirilməsi prosesi də hayata keçiriləcək”, - deyə Anar Rzayev əlavə edib.