Bir müddət əvvəl Bakının Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə divara çəkilmiş məşhur qraffitinin silinməsi ilə bağlı məlumat yayılmışdı.
Sosial şəbəkələrdə divardakı sənət əsərinin silinmədən sonrakı görüntüsü tənqid və narazılıqla qarşılanmışdı.
Modern.az xəbər verir ki, üzərindən təxminən 10 gün keçəndən sonra artıq həmin qraffiti əvvəlki formada bərpa olunub.
Yasamal Rayon İcra Hakimiyyətindən "qafqazinfo"ya bildirilib ki, qraffitini müəllif rəssam özü bərpa edib.
Qeyd edək ki, əraziyə xüsusi kolorit verən sözügedən qraffiti keçmiş “Sovetski” ərazisində 2019-cu ildə rəssam Azər Məmmədli tərəfindən çəkilmişdi.