MSK-nın iclasında nələr müzakirə edildi...
Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Modern.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın fevralın 1-də, 5-də və 11-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb.
Aparılan müzakirələrdən sonra 65 saylı Salyan-Biləsuvar-Neftçala, 77 saylı Lənkəran şəhər və 81 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Media nümayəndələrinin iştirak etdikləri iclasda, həmçinin cari məsələlərə baxılıb.