Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb.
[quote][/quote]Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirir.
BPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək, fəaliyyət göstərən internet-klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.