Zərdari yenidən Pakistan Prezidenti seçilib
Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi koalisiyanın namizədi Asif Əli Zərdari növbəti dəfə ölkə Prezidenti seçilib.
Modern.az xəbər verir ki, Asif Əli Zərdari Pakistan parlamentinin hər iki palatasında və ölkənin 4 vilayətinin qanunverici orqanında keçirilən seçkidə 411 səs toplayaraq qalib olub. Onun rəqibi - sabiq Baş nazir İmran Xanın tərəfdarlarının dəstəklədiyi Mahmud Xan Açakzay cəmi 181 səs yığa bilib.
Baş nazir Şahbaz Şərif qələbə münasibətilə Asif Əli Zərdarini təbrik edib.
Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistanın Prezidenti olub. O, Pakistanın 1988–1990-cı və 1993–1996-cı illərdə Baş naziri vəzifəsində çalışmış mərhum Benazir Buttonun həyat yoldaşı olub.