Bosfor boğazında gəmilərin hərəkəti DAYANDIRILDI


Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
 
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.
 
Hazırda növbədə 301 gəmi var.
 
Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.