37 yaşlı qadının ölümünə görə keçmiş əri tutuldu


Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.
 
Modern.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.