Aylarla elektrik enerjisinə ehtiyacı olmayan elektromobillər gəlir - FOTO/VİDEO


Bir çox insan yükləmə ilə bağlı çətinliklərlə əlaqədar (yer tapmaq, gözləmək) elektromobillərdən imtina edirlər. Ancaq bu problemlər artıq arxada qalır. Belə ki, günəş enerjisindən istifadə edən elektrik avtomobilləri gəlir.

“Aptera” şirkətinə məxsus bu avtomobillərin xüsusən günəşli ərazilərdə heç vaxt elektriklə yüklənməyə ehtiyacı olmaya bilər.

“Bu maşının sahibləri həftələr, hətta aylarla elektrik yükləməyə ehtiyac duymadan bundan istifadə edə bilərlər”, - deyə şirkətdən bildirilib.