"Taurus"lar “Storm Shadow”lara dəyişdiriləcək? - Ukrayna üçün


Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya uzaqmənzilli silahların tədarükü üçün Böyük Britaniya ilə mümkün raket mübadiləsindən danışıb.
 
Modern.az xəbər verir ki, nazir bu barədə ARD-a müsahibəsində söz açıb.
 
“Dairəvi mübadilə, belə desək, alman ixtirasıdır. Bu bir seçim olardı. Biz bunu bir müddət əvvəl başqa avadanlıqla bağlı etdik”, - o bildirib.
 
Berbok Almaniyaya Ukraynaya "Taurus" raketlərinin tədarükü ilə bağlı kömək təklif edən Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun sözlərini şərh edib.
 
Jurnalistlərin Almaniya və Böyük Britaniya arasında “Taurus” raketlərinin “Storm Shadow”lara dəyişdirilməsi sxeminin nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualını cavablandıran Kemeron bildirib ki, London Ukrayna üçün maksimum effekt əldə etmək üçün bütün variantları nəzərdən keçirməyə hazırdır.