İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs TUTULDU


Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.
 
Bu barədə Modern.az-a DSX-dən məlumat verilib.
 
Bildirilib ki, Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusunu sərhəd naryadı saxlayıb.
 
Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.