İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib


İsrailin Qəzza zolağına qurudan hücuma başladığı vaxtdan bəri onun nəzarətinə keçən ərazilərdə mühəndis-istehkamçılar HAMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
AzBaku.org xəbər verir ki, bu barədə "Walla" xəbər portalı məlumat yayıb.

Bildirlib ki, ordu mühəndisləri tunelləri dağıtmaq, HAMAS-ın quraşdırdığı tələləri zərərsizləşdirmək və ya tunellərdəki silahlıları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edirlər.
Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib ki, tunnellər, onların çıxışları dağıdılır: "Bura ölüm zonasına çevriləcək. Onlar (HAMAS silahlıları - red.) qaça bilməyəcəkləri yerdə olmağı seçərək səhv etdilər, onlar tunellərdə öləcək".

"Walla"nın xəbərinə görə, hava hücumlarında vurulan tunellər nəzərə alınmasa, ordu artıq 100-ə yaxın tuneli məhv edib.