Aleksandr Zuyev: Azərbaycanın COP29-a ev sahibliyi ətraf mühit sahəsində işlər görməkdə maraqlı olduğunu göstərir
Ətraf mühit amilləri milli fəaliyyət planları ilə uyğunlaşdırılmalıdır. Beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi bu yaxınlarda dərc olunacaq.
Bu fikirlər BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyevin “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına videomüraciətində yer alıb.
O, Azərbaycan hökumətinə ətraf mühiti qorumaq üçün göstərdiyi səylərinə, xüsusilə mina fəaliyyətini 18-ci dayanıqlı inkişaf məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib:
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu sahədə işlər görməkdə maraqlı olduğunu göstərir. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirirəm. Gəlin, bu görüşdən katalizator kimi istifadə edək və daha çox yaşıl gələcək üçün çalışaq”.