
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlar nəticəsində üç nəfər ölüb, hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb.
Bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, oktyabrın 8-də hava limanının yaxınlığında bir neçə partlayış səsi eşidilib. Şahidlər hava limanında güclü partlayış baş verdiyini bildiriblər. Hadisədən sonra uçuşlar dayandırılıb, sərnişinlərə qeydiyyata verilmiş baqajlarını geridə qoyaraq ərazini tərk etmək göstərişi verilib.
Hücumlar fonunda bir sıra aviaşirkətlər Ər-Riyada uçuşları müvəqqəti dayandırıb.
Yəməndə fəaliyyət göstərən husilər Ər-Riyad hava limanına ballistik raketlə hücum etdiklərini bəyan ediblər.


