Qubada tonlarla məhsul yeşiklərdə qalıb - VİDEO

Bu il Qubadakı alma bağlarında təxminən 275 min tona yaxın məhsul toplanıb.

AzBaku.info “Xəzər” TV-yə istinadən məlumatına görə, almanın yerli bazarda satışı çox aşağıdır.

Hazırkı vəziyyətdə məhsulu xarici bazara çıxarmaq sahibkarlara sərf etmir. Tonlarla məhsul yeşiklərdə qalıb. Məhsul bol olsa da, alıcı qıtlığı yaşanır.

Bağbanlar deyirlər ki, bu il Rusiya bazarına məhsul çıxarmaq qiymət cəhətdən sərfəli deyil. Yerli bazarda isə məhsulu heç 35 qəpiyə də satmaq olmur.

Rayonlarda 35-60 qəpiyə satılan almaları Bakı bazarlarında tapmaq çətin məsələdir. Bazarda satıcılar deyir ki, həmin alma satış üçün əlverişli deyil. Qiyməti ucuz olsa da, alıcılıq qabiliyyəti yoxdur.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar cəmiyyətinin nümayəndəsi, ekspert Nicat Nəsirli bildirir ki, bu, bağbanların hər il rastlaşdığı problemdir. Alma çox olduğundan məhsulu saxlamağa anbarlarda yer yoxdur.