amburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Teymur Rəcəbovun rusiyalı şahmatçı Daniel Dubovla qarşılaşması heç-heçə başa çatıb. Noyabrın 6-da şahmatçılar arasında ikinci qarşılaşma keçiriləcək. Qalib müəyyənləşməsə onlar “tay brek”də görüşəcəklər.
Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra iştirak etdiyi ilk yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.
Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.