Prezident Ilham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. Həqiqətən də cənab Prezident Respublika Prokurorluğunun başına Kamran Əliyevi gətirməkdə düzgün seçim edib. Kamran Əliyev baş prokuror olana qədər uzun illər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Ona göstərilən etimadı doğruldub.
Kamran müəllimlə tanışlığımın tarixi 10 ildən artıq olar. Mən Bakı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə məşhur bir məhkəmə prosesində jurnalist kimi iştirak edirdim. Həmin vaxt Kamran müəllim də idarə rəisi olaraq əlavə prokuror kimi həmin işə təhkim olunmuşdu. Məhkəmə bitənə kimi, mən bir neçə ay Kamran müəllimlə bir məhkəmə zalında həmin prosesi izlədim. Həmin vaxtı onunla tanış oldum. Nə qədər səmim, təvazökar, səviyyəli. bir insan olduğunu,öz işinin öhdəsindən layiqincə gəlməyi bacaran, işinin peşəkarı olan bir prokuror olduğunu gördüm. Onunla çox səmimi bir söhbətimiz də oldu… Kamran müəllimin Baş prokuror təyin edilməsinə çox sevindim. Və onunla olan həmin səmimi söhbət də yadıma düşdü.
Mən əminəm ki, Kamram müəllim cinayətkarlığa qarşı var-gücü ilə mübarizə aparacaq,həmişə haqqın, ədalətin tərəfində olacaq, qanunun aliliyinin bərpası üçün əlindən gələni edəcək. Bunula da ölkə Prezidentinin etimadını doğruldacaq.
Mən Kamran Əliyevi baş Prokuror təyin olunmağı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona bu çətin və şərəfli işində uğurlar arzulayıram!
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az xəbər portalının
baş redaktoru