Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb.
Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Qətli törətdikdən sonra Pərviz Qurbanov könüllü polisə gedərək təslim olub.
Maraqlıdır ki, kənddə qonşular hadisəni təəccüblə qarşılayıblar. Onlar təəccübünü ərlə arvad arasında əvvəllər mübahisə baş verməməsi və sakit ailə kimi tanıması ilə izah ediblər.
Qeyd edək ki, cütlüyün 3 övladının olduğu bildirilir.
Qətlin dəqiq səbəbləri araşdırılır.